Hindistanda torpaq sürüşməsi nəticəsində 23 nəfər ölüb

Digər ölkələr
  • 06 oktyabr, 2025
  • 08:20
Hindistanda torpaq sürüşməsi nəticəsində 23 nəfər ölüb

Hindistanın şərqində yerləşən Qərbi Benqal ştatında güclü yağışların, o cümlədən məşhur turizm məkanı Darcilinqdə torpaq sürüşmələrinə səbəb olması nəticəsində azı 23 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə PTI xəbər agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ölənlər arasında uşaqlar da var.

Yerli hakimiyyət orqanlarının hesablamalarına görə, mütəmadi yağışlar son on ildə regionda ən güclü torpaq sürüşmələrdən birinə səbəb olub. Təbiət hadisəsi bir çox kəndlərə ziyan vurub, əsas yolları bağlayıb.

Hadisə yerində xilasetmə xidmətləri işləyir. Dağıntılar altından bir neçə nəfər xilas edilib. Hakimiyyət orqanları Darcilinqdə qurbanlar arasında turistlərin ola biləcəyini istisna etməyib.

Meteoroloqlar yaxın günlərdə Qərbi Benqaliyanın dağlıq bölgələrində sürüşmə və daşqın riskinin yüksək olacağı barədə xəbərdarlıq edib. Səlahiyyətlilər sakinlərə və turistlərə həmin ərazilərə getməməyi və ehtiyat tədbirləri görməyi tövsiyə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti