Hindistanda sərnişin avtobusu körpüdən çaya aşıb, ölənlər və yaralananlar var
- 20 октября, 2018
- 16:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 oktyabr. REPORT.AZ/ Hindistanda sərnişin avtobusukörpüdən çaya aşıb.
Bu barədə "Report" ANI-yə istinadən xəbər verir.
Bildirilir ki, hadisə ölkənin şimal-şərqindəki Assamştatında, Quvahati yaşayış məntəqəsi yaxınlığında baş verib. İlkin məlumata görə,sürücü yolun çətin keçilən hissəsində nəqliyyat vasitəsinə idarəetməni itirib.Bundan sonra avtobus məhdudlaşdırıcı hasara çırpılıb və körpüdən aşıb.
Qəza nəticəsində azı 7 nəfər ölüb, 20-dən çox xəsarət alıb.
Avtobusun dövlət nəqliyyat şirkətinə məxsus olduğubildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin digər təfərrüatlarıbarədə məlumat verilmir.
Qeyd edək ki, bu, Hindistanda gün ərzində baş verən ikinci ağır yol-nəqliyyat hadisəsidir. Pəncab ştatında qatarın dini bayramda iştirak edən insan kütləsinə çırpılması nəticəsində azı 61 nəfər ölüb, daha 72 nəfər yaralanıb