Hindistanda qayığın aşması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb - ƏLAVƏ OLUNUB
Digər ölkələr
- 14 sentyabr, 2017
- 06:21
Bakı. 14 sentyabr. REPORT.AZ/ Hindistanda qayığın aşması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, itkin düşən şəxslərin axtarışları davam etdirilir.
***
Hindistanda Yamuna çayında qayığın aşması nəticəsində azı 15 nəfər ölüb.
“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə sentyabrın 14-də səhər saatlarında çayın Uttar-Prateş ştatının Baqhpat dairəsindən keçən hissəsində baş verib.
İnformasiyaya əsasən, Yamuna çayı Uttar-Prateşlə Xaryana ştatlarının sərhədindən axır. Qayıqdakı sərnişinlər həmin əraziyə gedirmiş. Qayıqda 60 sərnişin olub. Onların 12-si sağ-salamat xilas edilib.
Xilasedicilər hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparır.
Qəzanın səbəbi araşdırılır.
Son xəbərlər
10:29
Ağdam istehsal və investisiyaların yeni ünvanına çevrilir
Digər10:25
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
Elm və təhsil10:24
Tramp Hikmət Hacıyevin "Newsmax" nəşrinə müsahibəsini paylaşıb
Media10:23
Bu il 124 mindən çox pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib
Maliyyə10:23
"Mersedes" komandasının rəhbəri Toto Volff: "Bakıda bolidin zəif cəhərləri aydın görünür"
Formula 110:23
Azərbaycanda dağ-mədən sənayesində beynəlxalq standartlara uyğun laboratoriya yaradılacaq
Sənaye10:22
Dağ-mədən və metallurgiya sənayesində illik ixracın dəyəri 2 milyard dollara çatdırılacaq
Sənaye10:20
Azərbaycan XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət10:18