Hindistanda polis həmkarlarına atəş açıb, 4 nəfər ölüb, 1-i yaralanıb

Digər ölkələr
  • 10 dekabr, 2017
  • 08:44
Hindistanda polis həmkarlarına atəş açıb, 4 nəfər ölüb, 1-i yaralanıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Hindistan hüquq-mühafizə orqanlarının anti-terror bölməsinin əməkdaşı Çxattisqarx ştatında öz həmkarlarını güllələyib.

"Report" "Indian Express" nəşrinə istinadən xəbər verir ki, nəticədə 4 nəfər ölüb, daha bir asayiş keşikçisi yaralanıb.

Sant Sumar adlı polis həmkarlarından biri ilə mübahisədən sonra tüfəngdən atəş açıb. Onun saxlanıldığı bildirilir.

Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.