Hindistana məxsus təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər ölüb - YENİLƏNİB

Digər ölkələr
  • 13 iyun, 2026
  • 13:01
Hindistana məxsus təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər ölüb - YENİLƏNİB

Hindistan HHQ-nin beş hərbçisi "Corhat" aviabazasında "An-32" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olub.

"Report" xəbər verir ki, bu barədə Hindistan HHQ-nin məlumatında deyilir.

Qeyd olunur ki, hadisə planlaşdırılmış uçuş zamanı baş verib.

Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) "An-32" təyyarəsi "Corhat" aviabazasına eniş edərkən qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə "The Times of India" nəşri Hindistan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

"Hindistan HHQ-nin "An-32" təyyarəsi "Corhat" aviabazasına eniş edərkən qəzaya uğrayıb. Hazırda dəyən ziyanın miqyası qiymətləndirilir", - qurumun nümayəndəsi bildirib.

Hindistan HHQ-nin məlumatına görə, qəza nəticəsində baş verən yanğının söndürülməsinə başlanılıb. Qəzanın səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Qurbanlar barədə məlumat yoxdur.