Hindistan hərbçiləri Kəşmiri top atəşinə tutub: 6 nəfər ölüb, 26 nəfər yaralanıb

Digər ölkələr
  • 22 sentyabr, 2017
  • 11:30
Hindistan hərbçiləri Kəşmiri top atəşinə tutub: 6 nəfər ölüb, 26 nəfər yaralanıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Hindistan hərbçilərinin Pakistanın nəzarəti altında olan Kəşmir və Cammu bölgəsini top atəşinə tutuması nəticəsində 6 nəfər ölüb, 26 nəfər yaralanıb.

“Report” TRT-yə istinadən xəbər verir ki, bu haqda Pakistan Müdafiə Ordusu məlumat yayıb.

İnformasiyaya əsasən, ölənlərdən 4-ü qadın, yaralananlardan isə 15-i qadın, 5-i uşaqdır.

Pakistan hərbçiləri atəşə cavab veriblər. 

Qeyd edək ki, 2003-cü ildə Hindistanla Pakistan arasında atəşkəs əldə edilib. Ancaq ötən müddət ərzində atəşkəsin pozulduğu haqda məlumatlar yayılıb. Tərəflər bir-birini atəşkəs rejimini pozmaqda ittiham edir.

1947-ci ildən indiyədək Cammu və Kəşmirdəki münaqişə nəticəsində 70 min nəfər ölüb. 

44 - Tezliklə