Hind okeanında yüzlərlə miqrant itkin düşüb
Digər ölkələr
- 09 noyabr, 2025
- 20:23
Malayziya və Tailand sərhədində miqrantlarla dolu gəmi batıb, yüzlərlə insan itkin düşüb.
"Report" xəbərinə görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bir aydan çoxdur, Myanmadan böyük bir gəmi ilə yola çıxan təxminən 300 nəfər Malayziya sərhədinə yaxınlaşdıqda onları hər biri təxminən 100 nəfər tutan üç kiçik qayığa keçiriblər. Bu yolla miqrantların sahil mühafizəsi tərəfindən aşkar edilməsinin qarşısı alınmalı idi.
Malayziyanın müvafiq qurumundan bildirilib ki, həmin qayıqlardan biri noyabrın 6-da batıb. Üç gün sonra yeni zərərçəkənlər barədə məlumat yayılıb. Xilasedicilər sağ qalan on nəfəri tapıblar. Digər iki qayığın taleyi hələ də məlum deyil. Axtarış-xilasetmə əməliyyatı davam edir.
Son xəbərlər
19:38
Ərdoğan ilə Ştoker Türkiyə-Aİ münasibətlərini qabardıblar
Region19:33
Yasamalda rayonunda yanğın qeydə alınıb
Hadisə19:27
Foto
"More than medals" layihəsinin yubileyi münasibətilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilib
Fərdi19:25
Video
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 30-u ötüb - YENİLƏNİB-4
Digər ölkələr19:23
Ərdoğana qarşı sui-qəsd cəhdində iştirak edən FETÖ üzvü saxlanılıb
Region19:20
Fransa və Böyük Britaniyada anomal istilərin növbəti dalğası gözlənilir
Digər ölkələr19:10
Zelenski Məhəmməd bin Salmanla Məkkə sazişini müzakirə edib
Digər ölkələr19:06
Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır
Hadisə18:57