Nepalda qar uçqunu nəticəsində həlak olan alpinistlərin sayı yeddi nəfərə çatıb - YENİLƏNİB

Digər ölkələr
  • 03 noyabr, 2025
  • 19:56
Nepalda qar uçqunu nəticəsində həlak olan alpinistlərin sayı yeddi nəfərə çatıb - YENİLƏNİB

Nepalda qar uçqunu nəticəsində həlak olan alpinistlərin sayı yeddi nəfərə çatıb.

"Report" "Nepal News"a istinadən xəbər verir ki, bu barədə polis rəisinin müavini Gyan Kumar Mahato bildirib.

O bildirib ki, qrup 15 nəfərdən - xarici alpinistlərdən və nepallı bələdçilərdən ibarət olub.

Ölənlərdən beşi əcnəbi - üçü ABŞ, biri Kanada, digəri isə İtaliya vətəndaşı olub. Həmçinin iki nepallı da həlak olub.

Bundan başqa, dörd alpinist itkin düşüb, dördü isə yaralanıb.

Nepalda qar uçqunu nəticəsində üç alpinist həlak olub, səkkiz nəfər isə itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hadisə Katmandudan şimal-şərqdə, hündürlüyü 5630 metr olan Yalunq-Ri-Himal dağında baş verib.

Həlak olanların və xəsarət alanların şəxsiyyətləri hələ ki açıqlanmır.

"Hadisə yerinə hərbi və polis qüvvələrindən ibarət axtarış-xilasetmə qrupları göndərilib", - məlumatda bildirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti