Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır

Digər ölkələr
  • 10 oktyabr, 2026
  • 15:06
Cozef Aun Trampın Livanla birbaşa uçuşlara qoyulan məhdudiyyəti ləğv etmək qərarını alqışlayır

Livan Prezidenti Cozef Aun amerikalı həmkarı Donald Trampın iki ölkə arasında təxminən 40 il qüvvədə olan birbaşa aviareyslərə qoyulmuş məhdudiyyəti ləğv etmək qərarını alqışlayıb.

"Report" xəbər verir ki, bu barədə Livan prezidentinin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

Aunun sözlərinə görə, bu qərar Vaşinqtonun Beyrutun mülki aviasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərinə etimadını göstərir.

ABŞ ilə Livan arasında birbaşa aviareyslər 1985-ci ildə Prezident Ronald Reyqanın administrasiyası tərəfindən TWA aviaşirkətinin 847 saylı reysinin təyyarəsinin ələ keçirilməsindən sonra dayandırılıb.

Tramp iyul ayında Aunun Vaşinqtona səfəri zamanı ABŞ aviaşirkətlərinə Livana birbaşa uçuşları bərpa etməyə icazə vermək niyyətində olduğunu açıqlamışdı. Məhdudiyyətlərin ləğv edilməsi ilə bağlı qərar təxminən iki həftə əvvəl qəbul edilsə də, bu barədə yalnız bu gün açıq şəkildə elan edilib.

44 - Tezliklə