HƏMAS-ın girov götürdüyü şəxslərin sayı 229-a çatıb

Digər ölkələr
  • 27 oktyabr, 2023
  • 08:30
HƏMAS-ın girov götürdüyü şəxslərin sayı 229-a çatıb

HƏMAS-ın girov götürdüyü şəxslərin sayı 229-a çatıb.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, girovların sayı 5 nəfər artaraq 229-a yüksəlib.

Xatırladaq ki, oktyabrın 7-si səhər saatlarında HƏMAS qruplaşması İsrail ərazisinə Qəzza zolağından raket atəşinə başlayıb. Nəticədə İsrail ordusu müharibə hazırlığı vəziyyəti elan edib və oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin müharibə vəziyyətinə daxil olduğunu elan edib. Əməliyyat “Dəmir qılınclar” adı alıb.