Hələb terrorçular tərəfindən atəşə tutulub: 1 ölü, 10 yaralı

Digər ölkələr
  • 29 dekabr, 2016
  • 18:16
Hələb terrorçular tərəfindən atəşə tutulub: 1 ölü, 10 yaralı

Bakı. 29 dekabr. REPORT.AZ/ Terrorçu qruplaşmalar Hələbin qərb hissəsindəki 3 yaşayış məntəqəsini raket atəşinə tutub.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti"yə şəhərin könüllü müdafiəçiləri arasındakı mənbə xəbər verib.

Məlumata görə, bunlar Həmdaniyə, Əz-Zəhra və Yeni Hələb yaşayış məntəqələridir. Yaşayış məntəqələri "Cəbhət ən-Nüsrə" və "Nurəddin əz-Zinki" terrorçu qruplaşmaları tərəfindən hədəf seçilib.

Suriyanın dövlət telekanalının məlumatına görə, raket atəşi nəticəsində 1 mülki sakin ölüb, 10 nəfər yaralanıb.