Havası ən çox çirkli olan ölkələrin adları açıqlanıb

Digər ölkələr
  • 20 noyabr, 2018
  • 06:07
Havası ən çox çirkli olan ölkələrin adları açıqlanıb
РИА Новости / Инсаф Басиров

Bakı. 20 noyabr. REPORT.AZ/ Nepal və Hindistan ən yüksək çirklənmiş hava konsentrasiyası olan ölkələrdir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Çikaqo Universitetinin Enerji Siyasəti İnstitutu tərəfindən aparılan araşdırmada deyilir.

Araşdırmanın nəticələrinə görə, bu ölkələrdə havanın çirkli olması yerli sakinlərin ömrünü, təxminən, 4 il qısaldır. Eyni zamanda, Hindistanın Bihar, Uttar Pradeş ştatlarında havanın çirklənmə dərəcəsi daha yüksək olduğundan insan həyatının qısalan hissəsi 6 ildir.

Araşdırmada bildirilir ki, dünyada, təqribən, 5,5 milyard insan havanın çirklilik səviyyəsinin ÜST normalarından artıq olduğu bölgələrdə yaşayır. Bununla belə qeyd edilir ki, Asiya bu göstərici üzrə rekordçudur.