Giyom Mersye: Monteneqronun Aİ-yə üzvlüyü Brüsselə 3,2 milyard avroya başa gələcək

Digər ölkələr
  • 30 iyun, 2026
  • 16:01
Giyom Mersye: Monteneqronun Aİ-yə üzvlüyü Brüsselə 3,2 milyard avroya başa gələcək

Monteneqronun Avropa İttifaqına (Aİ) daxil olması Aİ büdcəsinə təxminən 3,2 milyard avroya başa gələcək.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Giyom Mersye Brüsseldə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu, Monteneqronun avrointeqrasiyasının büdcə və maliyyə şərtləri üzrə maliyyə paketini təqdim edən Avropa Komissiyasının ilkin qiymətləndirməsidir. Bu qiymətləndirmə Aİ-nin qüvvədə olan büdcəsinin parametrlərinə əsaslanır və ittifaqın növbəti çoxillik büdcəsi (2028-2034) nəzərə alınmaqla üzvlük danışıqlarının yekun mərhələsində yenidən baxılacaq.

Mersye qeyd edib ki, Aİ-yə üzv dövlətlər üzvlük müqaviləsinin hazırlanmasına başlamağa razılıq verdikdən sonra maliyyə paketi Monteneqronun qoşulma prosesinin yekun mərhələsinə doğru atılan ilk addım olub.

Xatırladaq ki, Monteneqro Prezidenti Yakov Milatoviç iyunun 5-də Avropa İttifaqı – Qərbi Balkan ölkələri sammitindən sonra Tivatda keçirilən mətbuat konfransında bildirib ki, ölkənin 2028-ci ilə qədər Aİ-yə üzvlüyü məqsədi dəqiq qrafiki, yol xəritəsi və məsuliyyət mexanizmi olan milli layihəyə çevrilib.

44 - Tezliklə