Gələn həftə Ukraynadan Macarıstana gedən qaçqınların sayı kəskin arta bilər

Digər ölkələr
  • 17 mart, 2022
  • 07:24
Gələn həftə Ukraynadan Macarıstana gedən qaçqınların sayı kəskin arta bilər

Macarıstanın Baş naziri Viktor Orban gələn həftə Ukraynadan ölkəsinə xeyli sayda qaçqının gələ biləcəyini bildirib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, o, bu barədə feysbuk səhifəsindəki videomüraciətində deyib.

Sərhəd-keçid məntəqəsində olan V.Orban gələn həftə ehtimal olunan köçə nəzarət etmək üçün sərhəd mühafizəsinin gücləndiriləcəyini vurğulayıb.

Qeyd edək ki, keçən həftə Ukraynadan Macarıstana gedən qaçqınların sayı ciddi şəkildə aşağı düşmüşdü.

44 filmi