FTB direktoru: “Rusiya kəşfiyyatı ABŞ-da mövcudluğunu saxlayır və ciddi təhlükə yaradır”

Digər ölkələr
  • 08 sentyabr, 2023
  • 22:16
FTB direktoru: “Rusiya kəşfiyyatı ABŞ-da mövcudluğunu saxlayır və ciddi təhlükə yaradır”

“Rusiya xüsusi xidmət orqanları ABŞ-da mövcudluğunu saxlayır və ciddi təhlükə yaradır”.

“Report”un məlumatına görə, bunu ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey bəyan edib.

“Ənənəvi Rusiya əks-kəşfiyyat təhlükəsi əhəmiyyətli olaraq qalır. Rusiya kəşfiyyatının, yəni kəşfiyyatçılarının sayı ABŞ-da hələ də çoxdur. Biz hər zaman bununla qarşılaşırıq. Biz bunun qarşısını almağa və mane olmağa çalışırıq”,-deyə, o bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar son bir neçə ildə bu istiqamətdə çox müsbət, uğurlu addımlar atmağa nail olub.

44 - Tezliklə