​Fransua Olland: "Parisdəki terror aktları Belçikada hazırlanıb"

Digər ölkələr
  • 16 noyabr, 2015
  • 17:58
​Fransua Olland: Parisdəki terror aktları Belçikada hazırlanıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Parisdəki terror aktları Belçikada hazırlanıb.

"Report" xəbər verir ki, bu bəyanatla Fransa prezidenti Fransua Olland bazar ertəsi respublika konqresi qarşısında çıxış edib.

"Terror aktları Suriyada planlaşdırılıb, Belçikada isə hazırlanıb", - deyə o bildirib və "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) ölkənin düşməni olduğunu qeyd edib.

"Biz Suriyada yorulmadan səbəbi Bəşər Əsəddə deyil, oradakı düşmənimiz İŞİD-də olan problemin siyasi həlli yollarını axtarırıq", - deyə Olland əlavə edib.

Terror təhlükəsi ilə mübarizə üçün Parisdə görülməsi nəzərdə tutulan tədbirlərdən danışan prezident Suriyada əməliyyatların fəallaşdırıldığını elan edib.

"Hazırda Fransa Suriyada öz əməliyyatlarını fəallaşdırır", - deyə o bildirib. Olland əlavə edib ki, Fransa daxilində təhlükəsizliyin möhkəmləndirilməsi üçün jandarmeriya və milli polis əməkdaşlarının ştatı artırılacaq.

Bundan əlavə, Ollandın sözlərinə görə, ölkədə fövqəladə vəziyyət rejimi üç ay müddətinə uzadılacaq.