Fransanın "Total" şirkəti bütün kömür aktivlərini satmaq niyyətindədir
- 24 avqust, 2015
- 23:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 Avqust. REPORT.AZ/ Fransanın "Total" energetika şirkəti 2016-cı ilədək bütün kömür aktivlərini satmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə şirkətə istinadən TASS məlumat yayıb.
" "Total" iqlim dəyişiklikləri şəraitində təbii qazdan istifadənin inkişaf etdirilməsinə dair öz üzərinə öhdəlik götürüb ki, bu da istixana qazlarının kömür ilə müqayisədə iki dəfə azaldılmasına imkan verəcək", - deyə şirkət rəhbəri Patrik Puyan bildirib.
Şirkət, xüsusilə Cənubi Afrikada fəaliyyət göstərən "törəmə"si "Total Coal South Africa"nı satmaq niyyətindədir. Şirkət ölkədə hasilat səviyyəsinə görə 5-ci yeri tutur. Törəmə şirkət "Exxaro" müəssisəsinin ixtiyarına keçəcək.
KİV-in məlumatına görə, Fransa şirkətinin kömür aktivləri 472 milyon dollar dəyərində qiymətləndirilir.