Fransanın dövlət borcu son 80 ildə rekord səviyyəyə - 4 trilyon avroya yaxınlaşıb
- 29 sentyabr, 2026
- 16:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ikinci rübünün sonuna Fransanın dövlət borcu 3 trilyon 595,5 milyard avro, yəni ölkə ÜDM-nin 119 %-ni təşkil edib.
"Report" "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Fransanın Milli Statistika İnstitutu (INSEE) məlumat yayıb.
Bu, ölkənin İkinci Dünya müharibəsindən sonra bərpa olunduğu 1946-cı ildən bəri ən yüksək göstəricidir. Həmin dövrdə Fransanın dövlət borcu ÜDM-in 300 %-ni keçmişdi.
Son illərdə 117,8 % səviyyəsindəki ən yüksək göstərici koronavirus pandemiyası səbəbindən 2021-ci ilin birinci rübündə qeydə alınmışdı.
Ekspertlər dövlət borcunun artmasının səbəbləri kimi davam edən büdcə kəsirini, iqtisadi artım tempinin yavaşlamasını və borca xidməti getdikcə daha da bahalaşdıran faiz dərəcələrinin artmasını göstərirlər.