Fransanın Ales şəhərinin meri cinayətkar qruplaşmanın hədələrinə görə təxliyə edilib
Digər ölkələr
- 21 iyul, 2026
- 21:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ales şəhərinin (Fransanın cənubu) meri Kristof Rivenk "DZ Mafia Nouvelle Génération" cinayətkar qruplaşmasından yeni hədələr aldıqdan sonra RAID xüsusi təyinatlılarının əməkdaşları tərəfindən evindən təxliyə edilib.
"Report" xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
"9 mm kalibrli iki patronun olduğu və DZ Mafia cinayətkar qruplaşması adından imzalanmış məktubu aldıqdan bir neçə gün sonra, "Respublikaçılar" Partiyasından Ales şəhərinin meri Kristof Rivenk iyulun 20-dən 21-nə keçən gecə evindən təxliyə edilib", - hüquq-mühafizə orqanlarından bildiriblər.
Qeyd olunur ki, təxliyə minalanmış avtomobil şübhəsinə görə həyata keçirilib.
Son xəbərlər
10:19
ABŞ-də futbol matçı zamanı avtomobilin izdihama çırpılması nəticəsində iki nəfər ölüb - yenilənib
Digər ölkələr
10:07
Kanadada hərbi bazada baş verən yanğında yeddi nəfər həlak olub - yenilənib
Digər ölkələr
10:01
Azərbaycan Basketbol Liqasında III tura start verilir
Komanda
09:59
BƏƏ sahillərində gəmi hücuma məruz qalıb, xəsarət alan var
Digər ölkələr
09:33
Çində 178 milyon dollar dəyərində ekoloji təmiz aviasiya yanacağı istehsalı zavodu açılacaq
Digər ölkələr
09:17
U-23 dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi medal qazanıb
Fərdi
09:07
Foto
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Hadisə
09:03
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Xarici siyasət
09:00
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Futbol