Fransadakı tətil aksiyaları LVMH-nin alkoqol şirkətlərinin fəaliyyətini iflic edib
- 07 dekabr, 2025
- 04:19
Fransada kütləvi tətil aksiyaları LVMH qrupuna daxil olan 26 spirtli içki istehsalçısının fəaliyyətini iflic edib.
"Report"un məlumatına görə, bu barədə yerli LCI telekanalı xəbər yayıb.
Respublikanın şimal-şərqində yerləşən Şampan-Ardenn bölgəsində "Ruinart" və "Moët & Chandon" şirkətlərinin əməkdaşlarının 80%-i tətilə çıxıb.
İşçilər LVMH rəhbərliyinin illik mükafatı ləğv etmək qərarına etiraz olaraq istehsalı dayandırıblar. Bu addım 1967-ci ildən – həmin ödənişin tətbiqindən bəri ilk dəfədir atılır. Həmkarlar ittifaqları hesab edir ki, mükafatın ləğvi əməkdaşların gəlirlərinin 10–15% azalmasına səbəb olacaq ki, bu da bir çoxları üçün büdcəyə ciddi zərbədir.
Mükafatın ləğvi sektorda aşağı göstəricilərlə əlaqələndirilir – I rübdə göstəricilər 33% azalıb. 2024-cü ildə isə eniş 36% təşkil edib. Buna səbəb Çin Xalq Respublikasının fransız konyakının idxalına qoyduğu məhdudiyyətlər, həmçinin əsas ixrac bazarı olan ABŞ-də istehlakın azalmasıdır.