Fransada adi yol qəzası kütləvi toqquşmalar, dağıntılar, yanğınlarla nəticələndi
Digər ölkələr
- 04 mart, 2021
- 21:58
Fransanın Lion şəhərində bir qrup gəncin polislə toqquşmaları zamanı altı avtomobil və iki motosiklet yandırılıb.
“Report” xəbər verir ki, bu barədə BFM TV bildirib.
Qeyd edilir ki, qarışıqlıqlar yol-nəqliyyat hadisəsindən sonra yaranıb. Qəza zamanı 13 yaşlı yeniyetmə xəsarət alıb. O, iddia edib ki, qəzaya idarə etdiyi nəqliyyat vasitəsinin polis əməkdaşları tərəfindən təqib edilməsi səbəb olub.
Qəzadan sonra yaranan qarışıqlıqlar nəticəsində avtobus dayanacaqları dağıdılıb, bununla yanaşı, avtomobillər yandırılıb.
Qarışıqlıqlarla əlaqədar şəhərə əlavə 60 polis əməkdaşı cəlb edilib və təhlükəsizlik tədbirləri gücləndirilib. Hadisələrlə bağlı üç nəfər saxlanılıb.
Şəhər polisi yeniyetməni təqib etməsi barədə ittihamları rədd edib.
Son xəbərlər
07:08
Tiaqo Silva "PSJ"də Mbappe ilə Neymar arasındakı münaqişədən danışıb
Futbol06:50
Suriyada ABŞ hərbçilərinə hücumun təfərrüatları məlum olub
Digər ölkələr06:18
Yaponiya Qəzzanın koordinasiya mərkəzinə mülki ekspertlər göndərəcək
Digər ölkələr05:47
Syria TV: ABŞ Palmira üzərində işıqlandırıcı bombalardan istifadə edib
Digər ölkələr05:11
Federal Təhqiqat Bürosu universitetdə iki nəfəri öldürən şəxsi axtarır
Digər ölkələr04:40
Sorğu: Almaniya sakinləri də azyaşlı və yeniyetmələrin sosial şəbəkələrə girməsinin əleyhinədir
Digər ölkələr04:06
ABŞ-də universitetdə baş verən atışmada iki nəfər ölüb - Yenilənib
Digər ölkələr03:39
Almaniya Kansleri: Avropa üçün "Amerika sülhü" dövrü başa çatıb
Digər ölkələr02:48