Fransada dağıntı və talançılıq törədən etirazçılar sərt cəzalandırılacaq
Digər ölkələr
- 23 dekabr, 2018
- 09:24
Bakı. 23 dekabr. REPORT.AZ/ Fransa hökuməti "sarı jiletlilər"in nümayişləri zamanı dağıntı və talançılıqla məşğul olanları sərt şəkildə cəzalandıracaq.
“Report” xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Çada səfəri zamanı deyib.
"Aydın məsələdir ki, ən sərt tədbirlər görüləcək", - deyə BFMTV Makronun sözlərini sitat gətirib.
Dövlət başçısı etirazçıları barışıq əldə etməyə və fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb.
"Fransaya indi nizam-intizam, dinclik və həmrəylik lazımdır", - deyə o qeyd edib.
Ötən gün ölkədə keçirilən etiraz aksiyaları zamanı 220 nəfər saxlanılıb.
Son xəbərlər
15:28
"Formula 1": Lens Stroll boliddəki problemə görə yarışdan kənarda qalıb
Formula 115:21
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
Formula 115:21
"Formula 1": Corc Rassell Azərbaycan Qran-prisində liderdir - YENİLƏNİR
Formula 115:21
Foto
Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək
Media15:20
Vuçiç və Putin Serbiyaya qaz tədarükünü müzakirə ediblər
Digər ölkələr15:14
Foto
Latviyada 27 Sentyabr - Anım Günü qeyd olunub
Xarici siyasət15:11
Foto
Rəşad Nəbiyev: "Regional rəqəmsal sənaye mərkəzinə çevrilməyi hədəfləyirik"
İKT14:57
Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
Digər ölkələr14:52