"Formula 1": Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib

Formula 1
  • 26 sentyabr, 2026
  • 14:52
Formula 1: Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib

Bakı Şəhər Halqasında sayca 10-cu dəfə keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, əsas yarışın startından əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib.

Himni Azərbaycanın Xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov ifa edib.

Emosional ifanın son notlarından sonra diqqətlər yenidən ulduz pilotlara yönəlib. Artıq səhnə və mübarizə onlarındır.

Qeyd edək ki, "Formula 1 üzrə yarışın kubokunun dizaynında alov obrazı əks olunub. Bu element Azərbaycanın "Odlar Yurdu" kimi tanınmasını simvolizə edir.

Kubokun yan hissələrində Azərbaycan xalçaçılıq ənənələrindən ilhamlanan naxışlara da yer verilib. Beləliklə, "Formula 1"-in dinamikası Azərbaycanın zəngin milli irsi ilə bir araya gətirilərək kubokun dizaynında öz əksini tapıb.

Qeyd edək ki, "Formula 1"-də əsas yarış saat 15:00-da başlayacaq.