Fransada naməlum şəxs yanacaqdoldurma stansiyasını partladacağı ilə hədələyərək prezidentlə görüş tələb edir
Digər ölkələr
- 23 noyabr, 2018
- 19:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 noyabr. REPORT.AZ/ Fransanın qərbindəki Anje şəhərində əyninə sarı jilet geymiş kişi yanacaqdoldurma stansiyasını partladacağı ilə hədələyir.
"Report" RT-ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Kristofer Kastaner bildirib.
Qeyd edilir ki, həmin şəxs Fransa prezidenti Emmanuel Makronla görüş tələb edir. Əraziyə polis əməkdaşları gəlib və sakinlər təhlükəli zonadan təxliyyə edilib.
Nazirin sözlərinə görə, adı açıqlanmayan şəxs yanacağın qiymətinin bahalaşmasına etiraz əlaməti olaraq aksiya keçirən şəxslərdən birinə oxşayır. Həmin etirazçılar da sarı gödəkcə geyiniblər.
Naməlum şəxs onda partlayıcı qurğunun olduğunu təsdiqləyib və Emmanuel Makronla görüş tələb edib.
Son xəbərlər
08:12
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:04
Yaponiyada PHP-də zəifliyə görə hökumət saytları müvəqqəti bağlanıb
Digər ölkələr
07:36
Kolumbiyada polis bölməsinə dron hücumu olub, xəsarət alanlar var
Digər ölkələr
07:06
Yaponiyada əhalinin azalması səbəbindən 145 məktəbin bağlanılması planlaşdırılır
Digər ölkələr
06:32
Bessent Konqresə seçkilərdə demokratların qələbəsinin nəticələri barədə xəbərdarlıq edib
Digər ölkələr
06:16
Foto
Azərbaycan ABŞ-də Dreyk Enerji Forumunda təmsil olunub
Xarici siyasət
06:02
Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var
Digər ölkələr
05:43
NYT: ABŞ və İsrail Konqresə seçkilərdən sonra İrana yeni zərbələr planı hazırlayır
Digər ölkələr
05:09
WSJ: ABŞ Yaxın Şərqdə hərbi gəmilərin sayını artıra bilər
Digər ölkələr