Fransada meşə yanğınları zamanı 10-dan çox insan xəsarət alıb
Digər ölkələr
- 19 avqust, 2024
- 20:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın cənubundakı Şərqi Pireney Departamentində meşə yanğınları zamanı 10-dan çox insan xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə BFM TV telekanalı məlumat yayıb.
Məlumata görə, turist düşərgəsinin təxliyəsi zamanı ikisi yanğınsöndürən də daxil olmaqla 11 nəfər xəsarət alıb. Yanğının yaxınlaşması səbəbindən ümumilikdə 3 mindən çox insan təxliyə edilib.
"Yanğın 400 hektardan çox ərazini əhatə edib. Eyni zamanda, Fransanın altı departamentinin ərazisində yanğınların mümkün yayılması ilə əlaqədar artan hazırlıq rejimi elan edildi", - məlumatda deyilir.
Qeyd olunur ki, yanğının söndürülməsinə 100-dən çox yanğınsöndürən, onlarla yanğınsöndürən maşın, həmçinin xüsusi aviasiya cəlb olunub.
Son xəbərlər
09:58
Azərbaycanın yollarında daha 3 elektron tərəzi quraşdırılıb
İnfrastruktur09:57
Türkiyədə 3 bələdiyyə sədri daxil olmaqla 59 nəfər saxlanılıb
Region09:54
Sara Tonuççi: CAMCA şəbəkəsi 10 ölkədən 300-dən çox iştirakçını bir araya gətirir
Xarici siyasət09:51
"Mançester Yunayted" Jan-Filip Mateta ilə maraqlanır
Futbol09:50
Emi Karlon: "Tam reallaşdırılmış TBNM bütün Avrasiya üzrə ticarət axınlarını dəyişdirməyə qadirdir"
Digər09:49
Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşları qəbul edəcək
Din09:46
Emi Karlon: ABŞ və Azərbaycan arasında əməkdaşlıq son bir ildə yeni mərhələyə qədəm qoyub
Xarici siyasət09:44
AQTA Kürdəmirdə toyda baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır
Sağlamlıq09:42