Fransada koronavirusa yoluxanların sayı 600 nəfəri ötdü
- 07 mart, 2020
- 00:12
Fransada yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 613 nəfərə çatıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransa Səhiyyə Baş Müdirliyinin rəhbəri Jerom Salomon məlumat verib.
Onun sözlərinə görə, hazırda ağır vəziyyətdə olan 39 nəfər reanimasiya şöbəsinə yerləşdirilib.
Jerom Salomon bildirib ki, xəstəlik Fransa metropolunun bütün bölgələrində aşkarlanıb və hətta, Fransanın 3 xarici ölkəsində - Qvadelupa, Fransız Qvianası və Martinikada da təsbit edilib.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 95 ölkədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxmuş insanların ümumi sayı 98 192 nəfərdir.