Fransada keçirilən sorğularda respondentlərin çoxu Makronun istefasını dəstəkləyib

Digər ölkələr
  • 07 oktyabr, 2025
  • 01:51
Fransada keçirilən sorğularda respondentlərin çoxu Makronun istefasını dəstəkləyib

Fransızların əksəriyyəti Fransa Prezidenti Emmanuel Makronun ölkədəki dərin siyasi böhran fonunda səlahiyyətlərini vaxtından əvvəl təhvil verməsinin tərəfdarıdır.

"Report"un məlumatına görə, bu, Fransa kütləvi informasiya vasitələrində dərc edilmiş bir neçə ictimai rəy sorğusunda öz əksini tapıb.

Belə ki, "Toluna-Harris Interactive" şirkətinin sorğusunda iştirak edənlərin 73%-i dövlət başçısının belə bir addımını dəstəklədiklərini bildiriblər. Respondentlərin 76%-i baş nazir Sebastyen Lekornunun istefası ilə nəticələnmiş siyasi vəziyyətə görə əsas günahkar kimi məhz Makronu görürlər. Fransa vətəndaşları Lekornudan öncəki hökumət başçılarının istefası dövründəki böhran vəziyyətlərinin də əsas günahkarı kimi prezidenti göstəriblər.

"LCI" televiziya kanalı üçün Fransa İctimai Rəy İnstitutu (IFOP), "BFMTV" televiziya kanalı üçün "Elabe" şirkəti və "Le Figaro" qəzeti üçün "Odoxa-BackBone Consulting" şirkətinin apardığı sorğular da oxşar nəticələr göstəri: siyasi böhranın həlli üçün ən yaxşı variant kimi dövlət başçısının istefasının tərəfdarı kimi iştirakçıların müvafiq olaraq 62%, 51% və 70%-i çıxış edib.

Son xəbərlər

Bütün Xəbər Lenti