Fransada İkinci Dünya Müharibəsindən qalmış iki bomba zərərsizləşdirilib

Digər ölkələr
  • 02 sentyabr, 2018
  • 22:20
Fransada İkinci Dünya Müharibəsindən qalmış iki bomba zərərsizləşdirilib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Fransada İkinci Dünya Müharibəsindən qalmış iki bomba zərərsizləşdirilib.

"Report"un məlumatına görə, bu barədə "Parisien" qəzeti xəbər yayıb.

Xəbərdə bildirilir ki, hadisə ölkənin şimal-qərbində, Kan şəhərində baş verib.

Bombalar 200 kiloqram ağırlığında olub. Onlar yaxın aylarda məhv ediləcəklər.

Bombaların zərərsizləşdirilməsi zamanı 1200 nəfər ərazidən təxliyyə edilib.