Fransada "Emi" qasırğası iki nəfərin həyatına son qoyub

Digər ölkələr
  • 04 oktyabr, 2025
  • 23:08
Fransada Emi qasırğası iki nəfərin həyatına son qoyub

Fransada "Emi" qasırğası nəticəsində iki nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Frans Press" agentliyi xilasetmə xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, qurbanlardan biri 48 yaşlı kişi olub, onun cəsədi Etretat sahilində (Fransanın şimal-qərbindəki Sena-Dəniz departamenti) tapılıb. İkinci hadisə isə Ayn departamentində (Fransanın şimalı) qeydə alınıb.

Ölkənin milli meteoroloji xidməti altı departamentdə tufanla əlaqədar narıncı (ikincidən ən aşağıya) hava xəbərdarlığı elan edib. Bəzi ərazilərdə küləyin sürəti 36,4 m/s-ə çatır.

"Enedis" enerji şirkətinin məlumatına görə, Normandiyada (Fransanın şimal-qərbində) təxminən 5000 ev elektriksiz qalıb.

"Emi" qasırğası sentyabrın sonunda Cənubi Atlantik okeanı üzərində əmələ gələn "Humberto" qasırğasının qalıq siklonudur.

Son xəbərlər

Bütün Xəbər Lenti