Fransada avtomobil azarkeşlərin üzərinə sürülüb
Digər ölkələr
- 01 iyun, 2025
- 06:45
Fransanın cənub-şərqində bir kişi avtomobillə Çempionlar Liqasında “Pari Sen-Jermen” (PSJ) komandasının qələbəsini qeyd edən futbol azarkeşlərinin kütləsinə çırpılıb.
“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) polisə istinadən məlumat yayıb.
Hadisə Qrenobl şəhərində baş verib. Dörd nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
Qeyd olunur ki, bütün xəsarət alanlar bir ailənin üzvləri olub. Polis sürücünü saxlayıb və həbs edib.
Bu hadisənin təhqiqatı ilə tanış olan mənbənin məlumatına görə, hələlik heç nə kişinin qəsdən insanlara çırpıldığını göstərmir.
Son xəbərlər
08:53
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (26.08.2026)
Maliyyə08:47
ABŞ Karib dənizində narkotik daşıyan gəmiyə zərbə endirib, ölənlər var
Digər ölkələr08:32
ABŞ-də "Black Hawk" hərbi helikopteri sərt eniş edib
Digər ölkələr08:29
Robert Köçəryanın oğlu Sedrak Köçəryan iki aylıq həbs edilib
Region08:19
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:06
ABŞ-da ailə münaqişəsi 8 nəfərin ölümü ilə nəticələnib
Digər ölkələr07:46
Reuters: ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə energetikası üzrə sazişi Konqresə təqdim edib
Digər ölkələr07:13
Bakının bəzi ərazilərində işıq kəsiləcək
Energetika06:50