Fransa vətəndaşlarını Əfqanıstandan çıxarmaq üçün əməliyyata başlayıb

Digər ölkələr
  • 17 avqust, 2021
  • 06:15
Fransa vətəndaşlarını Əfqanıstandan çıxarmaq üçün əməliyyata başlayıb

Frans hərbi qulluqçuları ölkə vətəndaşlarını Əfqanıstandan çıxarmaq üçün əməliyyata başlayıblar.

“Report” “TASS”a istinadən xəbər verir ki, təxliyə əməliyyatının məqsədi Kabildəki Həmid Karzay Beynəlxalq Hava Limanından Fransa vətəndaşlarının təhlükəsiz şəkildə evakuasiyasının təşkil edilməsidir.

Fransaya məxsus “Airbus A400M” təyyarəsinin də təxliyə əməliyyatında iştirak edəcəyi bildirilib.

44 - Tezliklə