Fransa telekanalı: Baş nazir üç həftədən artıqdır ki, hökuməti formalaşdıra bilmir
- 03 oktyabr, 2025
- 12:44

Fransa Baş naziri Sebastien Lekornu hökumət layihələrinin "parlamentdən kənar" qəbul edilməsi üçün xüsusi proseduradan istifadə etməyəcəyini bəyan edib.
"Report"un BFMTV telekanalına istinadən məlumatına görə, o, bu barədə müraciətində bildirib.
S.Lekornu Fransa Konstitusiyasının 49.3-cü maddəsinin tətbiqindən idarəçiliyi dövründə imtina etmək qərarına gəldiyini bəyan edib.
Prosedur nəzərdə tutur ki, hökumət lazımi layihəni zaldakı səsvermə olmadan təsdiqləyir, lakin Milli Assambleya hökumətə etimadsızlıq göstərərək onu istefaya göndərmək imkanı əldə edir.
O bildirib ki, hökumət "yanaşmalarını dəyişməli" olacaq.
Telekanalın məlumatına görə, təyin olunmasından üç həftədən çox vaxt keçməsinə baxmayaraq, Lekornu hələ də hökumətin tərkibini formalaşdırmayıb.