Fransa Prezidenti Baş nazirin istefasını qəbul etməyib
Digər ölkələr
- 21 iyun, 2022
- 09:14
Fransa Prezidenti Emmanuel Makron Baş nazir Elizabet Bornun istefasını qəbul etməyib.
“Report” xəbər verir ki, bu barədə AFP agentliyi Yelisey sarayının bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, E.Makron bu gün və sabah fransızların xeyrinə mümkün konstruktiv həll yollarını müəyyən etmək üçün lazımi siyasi məsləhətləşmələr keçirmək niyyətindədir.
Qeyd edək ki, Elizabet Born mayın 16-da Baş nazir təyin edilib. O, bundan əvvəl Fransanın kompleks ekoloji dəyişikliklər naziri və əmək, məşğulluq və inteqrasiya naziri vəzifələrində çalışıb. E.Born Fransa tarixində Baş nazir təyin edilən ikinci qadındır.
Son xəbərlər
09:10
"Fox News": ABŞ İranın atdığı raketlərin böyük hissəsini ələ keçirib
Digər ölkələr09:09
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (02.09.2026)
Maliyyə09:08
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (02.09.2026)
Maliyyə09:02
İngiltərə Premyer Liqasında transfer rekordu təkrarlanıb
Futbol08:59
Sumqayıtda minik avtomobili piyadanı vuraraq öldürüb
Hadisə08:56
ABŞ-nin "USS Abraham Lincoln" gəmisi səkkiz aydan sonra ilk dəfə limana daxil olub
Digər ölkələr08:41
Tramp ABŞ Hərbi Dəniz Qüvvələri naziri vəzifəsinə Hunq Kaonun namizədliyini irəli sürüb
Digər ölkələr08:31
Türkiyənin iki ticarət gəmisi Mərmərə dənizində toqquşub, itkin düşənlər var
Region08:19
Foto