​Fransa prezidenti: ""Airbus A-320" təyyarəsində Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub"

Digər ölkələr
  • 24 mart, 2015
  • 13:58
​Fransa prezidenti: Airbus A-320 təyyarəsində Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub

Bakı. 24 mart. REPORT.AZ/ Fransa prezidenti Fransua Ollandın sözlərinə görə, qəzaya uğramış "Airbus A-320" təyyarəsində Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, büdcə aviaşirkəti olan "Germanwings"a məxsus "Airbus A-320" çərşənbə axşamı Fransanın Alp istiqamətində qəzaya uğrayıb. Barselonadan Düsseldorfa uçan təyyarədə 142 sərnişin və 8 ekipaj üzvü olub. Fransa prezidentinin sözlərinə görə, ehtimal olunur ki, onların hamısı həlak olub.

KİV-lərin verdiyi məlumata görə, təyyarədə olanların əksəriyyəti Almaniya vətəndaşıdır.