Fransa baş nazirinin qardaşı oğlu İsraildə hücuma məruz qalıb

Digər ölkələr
  • 09 yanvar, 2018
  • 10:14
Fransa baş nazirinin qardaşı oğlu İsraildə hücuma məruz qalıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Fransa Baş naziri Eduard Filippin qardaşı oğluna İsraildə Qırmızı dənizin sahilindəki Eylat kurort şəhərində bıçaqla hücum olub.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, baş nazirin 25 yaşlı qohumu dostları ilə şəhərdə gəzərkən hücuma məruz qalıblar.

Hadisə yanvarın 3-də baş versə də, məlumat yanvarın 9-da yayılıb. Yaralanan Fransa vətəndaşları xəstəxanaya yerləşdiriliblər. Onların ikisi yanvarın 4-də, 3-ü isə yanvarın 5-də ölkəsinə qayıdıb.

İsrail polisi faktla bağlı araşdırma aparır. Fransalı turistlərə bir neçə kişinin hücum etdiyi ehtimal olunur. Ancaq onlar hadisə yerindən qaçaraq gizləniblər. Hələlik hücumla bağlı heç kim saxlanılmayıb.