"Fox News": ABŞ prokurorluğu respublikaçı senatorların telefon danışıqlarını dinləyib
- 07 oktyabr, 2025
- 05:22

Keçmiş ABŞ xüsusi prokuroru Cek Smit 2021-ci ildə Konqres binasının hücumu ilə bağlı işləyərkən respublikaçı senatorların şəxsi yazışmalarını və telefon danışıqlarını izləyib.
"Report"un məlumatına görə, bu barədə "Fox News" televiziya kanalı əldə etdiyi Federal Təhlükəsizlik Bürosunun (FTB) sənədinə istinadən xəbər yayıb.
"Kapitoli təpəsində dayanıb FTB-nin bir vaxtlar siyasi məqsədlərlə ABŞ rəsmilərinin şəxsi söhbətlərini izləmək imkanına və səlahiyyətinə sahib olduğunu etiraf etməkdən utanıram", - FTB-nin direktor müavini Den Bonqino "Fox News"a müsahibəsində deyib.
Televiziya kanalının məlumatına görə, Smit və onun tabeliyindəkilər 2023-cü ildə - Co Baydenin ABŞ Prezidenti olduğu dövrdə rəsmilərin telefon məlumatlarına giriş əldə edə biliblər.