Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək

Digər ölkələr
  • 14 noyabr, 2026
  • 00:28
Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib.

"Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaların tətbiqi hesabına davam etdirilməsinin tərəfdarıdır.

"Rusiyanı danışıqlar masası arxasına əyləşdirməyin ən yaxşı yolu Ukraynanı dəstəkləməyə davam etmək və Rusiyaya maksimum təzyiq göstərməkdir, buna görə də biz tezliklə 22-ci sanksiyalar paketimizi təqdim edəcəyik", - fon der Lyayen bildirib.