“FlyOne Armenia” Moldovada qadağan edilib
Digər ölkələr
- 19 fevral, 2025
- 15:32
Ermənistanın “FlyOne Armenia” aviaşirkəti Moldovada fəaliyyəti qadağan edilmiş daşıyıcıların siyahısına daxil edilib.
“Report” xarici mediaya istinadən xəbər verir ki, İnfrastruktur və Regional İnkişaf Nazirliyinin müvafiq əmri bu gün qüvvəyə minib.
Qeyd edək ki, qadağa Avropa Komissiyasının reqlamentinin qəbul olunması nəticəsində tətbiq edilib. Reqlament çərçivəsində təhlükəsizlik tələblərinə cavab vermədiyinə görə fəaliyyəti məhdudlaşdırılan 130-dan çox aviaşirkətin siyahısı tərtib edilib.
Moldovadakı layihənin məqsədi milli qanunvericiliyi Avropa İttifaqının normalarına uyğunlaşdırmaqdır.
Həftədə dörd dəfə İrəvan-Kişineu marşrutu üzrə müntəzəm reyslər həyata keçirən “FlyOne Armenia” artıq bu istiqamətdə uçuşları davam etdirə bilməyəcək.
Son xəbərlər
13:24
Azərbaycanda dövlət hesabına mənzil alan və yaşayış şəraiti yaxşılaşdırılan ailələrin sayı açıqlanıb
İnfrastruktur13:15
Ötən il Bakıda özəlləşdirilən mənzillərin sayı 5 dəfəyə yaxın artıb
İnfrastruktur13:10
Aleksandar Vuçiç Ukraynada səfərdədir
Digər ölkələr13:10
Diplomatik korpusun Qarabağa səfəri ətrafında mübahisə bir səfərdən daha böyük məsələləri üzə çıxardı - RƏY
Qarabağ13:10
Azərbaycan Basketbol Liqasının 2026/2027 mövsümündə tətbiq olunacaq əsas yeniliklər açıqlanıb
Komanda13:06
Filippində məktəbdə atışma zamanı ölənlərin sayı 6-ya çatıb - YENİLƏNİB-2
Digər ölkələr13:04
Layihə koordinatoru: "Nəsimi bağları"nda qonaqların rahatlığı üçün hər bir şərait yaradılıb
Turizm13:01
Nazir müavini: "Məhsul şəhadətnaməsi subsidiya məsələsində nəzərə alına bilər"
ASK13:00