Avstraliyada köpəkbalığının hücumu nəticəsində üzgüçü ölüb

Digər ölkələr
  • 18 sentyabr, 2026
  • 13:00
Avstraliyada köpəkbalığının hücumu nəticəsində üzgüçü ölüb

Qərbi Avstraliya ştatındakı məşhur Sorrento çimərliyinin yaxınlığında çimərkən köpəkbalığının hücum etməsi nəticəsində bir nəfər ölüb.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 10:30 radələrində baş verib.

Hücumla bağlı məlumatdan sonra sahilə təcili xidmətlər cəlb edilib.

"Sahil boyunca çimən üzgüçünün köpəkbalığı tərəfindən dişləndiyi barədə məlumat daxil olub", - yerli polisin bəyanatında bildirilib.

Səlahiyyətlilər hava və dəniz vasitələrinin cəlb edilməsi ilə genişmiqyaslı axtarış əməliyyatına başlayıblar. Lakin üzgüçü hücum nəticəsində ölüb.

44 - Tezliklə