Floridada fövqəladə vəziyyət elan edilib
Digər ölkələr
- 14 aprel, 2023
- 03:02
ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis Brauard dairəsində güclü yağışın səbəb olduğu daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edib.
“Report” xəbər verir ki, bu barədə qubernator tviterdə yazıb.
“Mən şiddətli daşqın səbəbindən Brauard dairəsində fövqəladə vəziyyət elan edirəm”.
Floridanın cənubundakı bu bölgədə daşqından ən çox zərər çəkən böyük Fort-Loderdeyl şəhəridir. Qubernator bildirib ki, hadisə yerində müvafiq təcili xidmətlər işləyir. Eyni zamanda, Desantis sakinləri daşqınlara uğramış ərazilərdən uzaq durmağa çağırıb.
Xatırladaq ki, Florida ştatının cənubunda davam edən leysan daşqınlara səbəb olub, artıq 500 mm-ə qədər yağış yağıb.
Son xəbərlər
03:15
Umerov Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri postunda prioritetləri açıqlayıb
Digər ölkələr02:46
ABŞ-nin 25 ştatı yeni tariflərə görə Tramp administrasiyasını məhkəməyə verib
Digər ölkələr02:17
"Fulhem" Qonsalo Qarsiya ilə beş illik müqavilə imzalayıb
Futbol01:48
ISNA: Pezeşkianın istefası ilə bağlı iddialar yalandır
Region01:18
Bəqai: İranın hücum etdiyi gəmilər neft-qaz yox, ABŞ üçün silah-sursat daşıyırdı
Region00:49
İsrail hərbçiləri Qəzzada HƏMAS-ın hərbi qanadının iki komandirini öldürüblər
Digər ölkələr00:11
Kassis: Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır
Xarici siyasət00:05
Dron hücumuna məruz qalan Türkiyəyə məxsus gəminin şəxsi heyəti Rusiyaya təxliyə olunub - YENİLƏNİB
Region23:51