Finlandiyada koronavirusdan ölənlərin sayı 90-a çatdı

Digər ölkələr
  • 18 aprel, 2020
  • 11:34
Finlandiyada koronavirusdan ölənlərin sayı 90-a çatdı

Finlandiyada daha 192 nəfərdə koronavirus aşkarlanıb, 8 nəfər ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə və Sosial İnkişaf Qurumu açıqlayıb.

“Aprelin 18-nə olan məlumata görə, 3 681 laborator olaraq təsdiq edilmiş koronavirusa yoluxma halları var”, - məlumatda bildirilib.

Bundan başqa, ölənlərin sayının 90-a yüksəldiyi, 70 nəfərin reanimasiyada olduğu vurğulanıb.

Qeyd edilib ki, ölənlərin orta yaşı 81-dir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 265 000-i ötüb. Bunların 581 325 nəfəri sağalıb, 154 900 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.