Finlandiya Rusiya vətəndaşlarına turist vizalarının verilməsini ləngidir

Digər ölkələr
  • 23 avqust, 2022
  • 10:38
Finlandiya Rusiya vətəndaşlarına turist vizalarının verilməsini ləngidir

“Finlandiya artıq həyata keçirilən tədbirlərlə yanaşı, Rusiya vətəndaşlarına turist vizalarının verilməsi prosedurunu da ləngidir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Sanna Marin Helsinkidə ölkənin diplomatik missiyalarının rəhbərləri ilə görüşündə deyib.

“Açıq danışacağam: turist vizalarının əvvəlki dövrlərdəki kimi tez verilməməsi üçün bu proseduru ləngidirik”, - o vurğulayıb.

Onun sözlərinə görə, turist axını problemdir və bu həll edilməlidir.

44 filmi