Finlandiya Prezidenti Ukraynada səfərdədir
Digər ölkələr
- 11 sentyabr, 2025
- 12:43
Finlandiya Prezidenti Aleksandr Stubb Ukraynaya səfərə gedib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak sosial şəbəkələrdə bildirib.
"Xarici işlər naziri Andrey Sibiqa ilə birlikdə Finlandiya Prezidenti Aleksandr Stubbu qarşıladıq", - A.Yermak yazıb.
Prezident Ofisinin rəhbəri bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Finlandiya liderinin danışıqlarının mərkəzində təhlükəsizlik, Avropaya inteqrasiya, infrastruktura investisiyalar, həmçinin Kiyev üçün təhlükəsizlik zəmanətləri ilə bağlı məsələlər dayanır.
Onun sözlərinə görə, tərəflər həmçinin Rusiyaya təzyiqin artırılması, sanksiya siyasəti və davamlı sülhün bərqərar olmasının vacibliyini müzakirə edəcəklər.
Son xəbərlər
10:47
Bu ilin 8 ayında 35,3 min şəxsə əlillik təyin olunub
Sosial müdafiə10:42
Azərbaycan və BMT insan hüquqları sahəsində əməkdaşlığı müzakirə edib
Xarici siyasət10:41
İlham Əliyev: Dünyada beynəlxalq hüququn böhranı müşahidə olunur
Daxili siyasət10:40
Ramin Məmmədov: Dini abidələrin bərpası keçmişə ehtiramın göstəricisidir
Din10:40
Azərbaycan lideri: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu
Xarici siyasət10:38
İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
Xarici siyasət10:37
Foto
Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb
Sağlamlıq10:35
Azərbaycanda dəmir yolu ilə yükdaşımaların həcmi 12 milyon tondan çox olub
İnfrastruktur10:34