Finlandiya Baydenin səfərinə görə Şengen sərhədinə nəzarəti gücləndirir

Digər ölkələr
  • 09 iyul, 2023
  • 01:18
Finlandiya Baydenin səfərinə görə Şengen sərhədinə nəzarəti gücləndirir

Finlandiya Sərhəd Mühafizəsi ABŞ Prezidenti Cozef Baydenin səfəri ilə əlaqədar Şengen sərhədlərində nəzarəti gücləndirir.

"Report" STT-yə istinadən xəbər verir ki, daxili sərhəddə müvəqqəti nəzarət şənbə günü başlayacaq və iyulun 15-də başa çatacaq.

Daxili sərhədlər Şengen ölkələri arasındakı sərhədlərə aiddir.

Finlandiya Prezidenti Sauli Niinistö Baydeni qəbul edəcək və gələn cümə axşamı Helsinkidə Şimali Amerika-ABŞ sammitinə ev sahibliyi edəcək.