Finlandiya Aİ-yə sədrliyinin prioritetlərini açıqlayıb
- 14 may, 2019
- 13:56
Yeniliklərdən dərhal xəbərdar olun!
"Hibrid təhdidlərə və dezinformasiyaya qarşı mübarizə Finlandiyanın iyul ayında Rumıniyadan təhvil alacağı Avropa İttifaqına sədrliyinin prioritetlərindən biri olacaq".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Timo Soyni bildirib.
"Aİ-yə sədrlik iyul ayında Finlandiyaya keçəcək. Yeni hökumətin andiçməsi olan kimi proqramımız başa çatdırılacaq. Diqqət təhsilə, qanunun aliliyinə, KİV-ə və hibrid təhdidlərə yönəldiləcək. "Şərq Tərəfdaşlığı" proqramına gəlincə, sədrliyimiz dövründə çağırışlara dözümlülük əsas məsələ olacaq", - T.Soyni Brüsseldə keçirilən "Şərq Tərəfdaşlığı" konfransında deyib.
Nazir həmçinin noyabrda Brüsseldə təhsil üzrə nazirlərin müşavirəsinin, dekabrda isə Helsinkidə KİV və dezinformasiyaya qarşı mübarizə üzrə görüşün keçirilməsinin planlaşdırıldığını elan edib.
Aİ-də sədrlik son illərdə "üçlük" prinsipi əsasında təşkil edilir: üç ölkənin hər biri altı ay ərzində ümumi çərçivə proqramı üzərində çalışır.
Bu tsikldə Aİ-yə Rumıniya, Finlandiya və Xorvatiya sədrlik edəcək.