Filippinin cənubunda qumbara partlaması nəticəsində yeddi əsgər xəsarət alıb

Digər ölkələr
  • 18 may, 2016
  • 05:37
Filippinin cənubunda qumbara partlaması nəticəsində yeddi əsgər xəsarət alıb

Bakı. 18 may. REPORT.AZ/ Filippinin cənubunda naməlum şəxsin hərbi yük maşınının yük yerinə atdığı qumbaranın partlaması nəticəsində azı yeddi əsgər xəsarət alıb.

"Report" "Sinhua"ya istinadən xəbər verir ki, hərbçilərə hücum Sulu əyalətinin Xolo şəhərində əsgərlər hərbi bazaya geri qayıdarkən həyata keçirilib.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Hələlik hücuma görə heç kim məsuliyyəti üzərinə götürməyib.

44 - Tezliklə