FES rəhbəri iqtisadi statistika sistemində islahat aparmaq planlarını açıqlayıb

Digər ölkələr
  • 17 iyun, 2026
  • 23:29
FES rəhbəri iqtisadi statistika sistemində islahat aparmaq planlarını açıqlayıb

ABŞ-nin Federal Ehtiyat Sisteminin (FES, mərkəzi bank funksiyalarını yerinə yetirir) rəhbəri Kevin Uorş ölkədə iqtisadi fəallıq haqqında məlumatların toplanması və emalı sistemində islahatlar aparmaq planlarını açıqlayıb.

"Report" xəbər verir ki, Uorş bu barədə özünün ilk mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, islahat çərçivəsində yeni informasiya mənbələrinin qiymətləndirilməsi və məlumatların toplanması metodologiyasına mümkün yenidən baxılması ilə məşğul olacaq işçi qrup yaradılacaq.

"Məlumatlar üzrə işçi qrup iqtisadiyyatımızın vəziyyəti haqqında daha dəqiq, aktual və faydalı informasiya təqdim etmək məqsədilə məlumatların toplanmasını yaxşılaşdırmaq üçün yeni informasiya mənbələrini qiymətləndirəcək və metodoloji dəyişiklikləri nəzərdən keçirəcək", - o qeyd edib.

44 - Tezliklə