FES rəhbəri ABŞ Prezidentinin tənqidlərinə cavab verib

Digər ölkələr
  • 05 fevral, 2019
  • 06:28
FES rəhbəri ABŞ Prezidentinin tənqidlərinə cavab verib
New York Magazine

Bakı. 5 fevral. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FES) sədri Cerom Pauell Ağ evdə ABŞ Prezidenti Donald Trampla görüşüb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Görüş zamanı C.Pauell FES-in qeyri-siyasi qərarlar qəbul etmək niyyətini açıqlayıb. O əlavə edib ki, FES pul-kredit siyasətini maksimum məşğulluq və sabit qiymətləri dəstəkləmək məqsədi ilə həyata keçirəcək.

Görüşdə həmçinin FES rəhbərinin müavini Riçard Klarida və ABŞ-ın maliyyə naziri Stiven Mnuçin iştirak ediblər.

ABŞ KİV-inin məlumatına görə, D.Tramp hazırda ABŞ Prezidenti olmağa keçmiş namizəd Herman Keynin FES rəhbərliyinə gətirilməsi məsələsini nəzərdən keçirir.

O, 2011-ci ildə prezidentlik yarışında iştirak edib, lakin iki qadına qarşı cinsi təcavüz ittihamları ilə əlaqədar kampaniyasını dayandırmaq məcburiyyətində qalıb.