Eyfel qülləsindən paraşütlə tullanan şəxs saxlanılıb
Digər ölkələr
- 09 avqust, 2025
- 22:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Paris polisi şənbə günü səhər Eyfel qülləsindən paraşütlə tullanan şəxsi saxlayıb.
“Report”un məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən "Le Journal du Dimanche" qəzeti yazıb.
Nəşrin məlumatına görə, üç gənc Eyfel qülləsinə 05:20-də (Bakı vaxtı ilə 07:20), abidənin ziyarətçilər üçün bağlı olduğu vaxt çıxıb.
Bir saat sonra onlardan biri paraşütlə qüllədən tullanıb və yerdə onu polis saxlayıb. Qeyd olunub ki, qanun pozucuları “memarlıq abidəsi olan binaya icazəsiz daxil olmaqda” ittiham olunublar.
Onların hərəkətləri ilə bağlı şikayət Eyfel Qülləsinin İstismar Cəmiyyətinin (SETE) nümayəndəsi tərəfindən verilib.
Son xəbərlər
11:03
Suqovuşan KSES-lərində 5 ildə 62 milyon kVt/saata yaxın elektrik enerjisi istehsal edilib
Energetika10:59
Ayxan Abbasov: "Əzmkar komandaya qarşı oynayacağıq"
Futbol10:56
Foto
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Xarici siyasət10:51
Azərbaycanda icbari sığorta növləri üzrə ödənişlər 8 ayda təxminən 20 % artıb
Maliyyə10:31
TFF Hakimlər Komitəsinin sədri Ferhat Gündoğdu həbs edilib
Futbol10:30
Dövlət Sosial Müdafiə Fondu auditor seçir
Maliyyə10:22
Bakıda köşk yanıb, 58 yaşlı kişinin meyiti aşkarlanıb
Hadisə10:20
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.10.2026)
Maliyyə10:14