Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır

Digər ölkələr
  • 30 aprel, 2026
  • 23:58
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır

Kuba qarşılıqlılıq, bərabərhüquqluluq və suverenliyə hörmət əsasında ABŞ ilə ikitərəfli dialoqa hazırdır.

"Report" xəbər verir ki, bu barədə Kubanın BMT-dəki daimi nümayəndəsi Ernesto Soberon Qusman bildirib.

O vurğulayıb ki, Havana uzun illərdir ardıcıl olaraq qarşılıqlılıq, bərabərhüquqluluq, suverenliyə hörmət və daxili işlərə qarışmama prinsipləri əsasında Vaşinqtonla dialoqun tərəfdarı kimi çıxış edir.

Onun sözlərinə görə, Kubanın siyasi rəhbərliyinin dəyişdirilməsi məsələləri mümkün danışıqların gündəliyindən istisna edilir, ölkənin daxili işləri isə müzakirə mövzusu ola bilməz.

Diplomat vurğulayıb ki, Havana yalnız dövlətin daxili siyasi kursuna toxunmayan mövzuları müzakirə etməyə hazırdır və müdaxilə etməmə prinsipinə riayət olunmasında təkid edir.